41 Tbilisi ave., Baku, Azerbaijan

SR systems komandası olaraq idarəetmə sistem və prosedurlarının avtomatlaşdırılması ilə 2007-ci ildən peşəkar səviyyədə məşğul oluruq. Müştərilərimizin biznes proseslərinin rəqəmsallaşdırılması məqsədilə ənənəvi proses və prosedurların rəqəmsal idarəetməyə keçidini təmin etmək üçün proseslərin yenidən tərtib edilməsində yardımçı oluruq. Bu məqsədlə biznes əməliyyatları tərəfimizdən tam analiz olunaraq avtomatlaşma üçün (həm funksionallıq, həm də büdcəyə qənaət edərək) ən optimal texnoloji həllər tətbiq edilir. ERP sistemlərin qurulma mərhələsi aşağıdakı kimidir:

Rəqəmsallaşmanın faydaları

Müasir dördə biznes əməliyyatları üçün kağız sənədlərə etibar etmək şirkətinizin fəaliyyətini məhdudlaşdırır və bir çox digər müasir texnologiya istifadəçisi olan təşkilatlarla əməkdaşlığınıza mane olur.

Rəqəmsallaşmanın informasiyaya daha sürətli çıxış, təkmilləşdirilmiş müştəri təcrübəsi, artan məhsuldarlıq, aşağı əməliyyat xərcləri, təkmil qərar qəbulu, təkmilləşdirilmiş informasiya təhlükəsizliyi, daha yüksək mobillik, biznes proseslərinin avtomatlaşdırılması, çeviklik və fəlakətlərin bərpası kimi müxtəlif üstünlükləri var.

Prosedurlarınızı avtomatlaşdırmaqla siz işlərinizdə insan faktorunu azaltmış olursunuz. Bununla siz biznesinizdə şəffavlığı və prosedurlarda dəqiqliyi təmin etmiş olursunuz.

Sizə ödənişsiz olaraq biznesinizin ilkin analizi və avtomatlaşma ilə bağlı məsləhətlər verə bilərik. Çəkinmədən bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Biznes proseslərində dəqiqlik və çeviklik.
  • İnsan faktoruna görə əmələ gələn nöqsanların olmaması.
  • Büdcənizə qənaət.

Avtomatlaşdırılması və ya rəqəmsallaşdırılması mümkün olmayan biznes sahəsi yoxdur. Sadəcə düzgün mütəxəssis rəyləri və peşəkar komanda ilə əməkdaşlıq edilməlidir.

Bəzi təşkilatlar qurduqları avtomatlaşdırma sistemlərinin efektiv olmamasından şikayət edir. Əgər hər hansı sistem biznes prosedurları analiz edilmədən, optimal texniki tapşırıq hazırlanmadan qurularsa onun effektiv olma ehtimalı aşağı olur. Bu kimi halların olmaması üçün vacib mərhələlər mütləq keçilməlidir.