2022-ci ildən Mərkəzi Bankda istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının proqramlaşdırma səviyyəsində dəstəklənməsi işləri tərəfimizdən icra edilməkdədir.
Xidmət əsanasında öhdəliklərimiz:

- Serverlərin əməliyyat sistemlərində baş verən nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi və texniki konfiqurasiyada edilmiş dəyişikliklər üzrə əməliyyat sistemlərində sazlanma işləri aparılması;
- İnformasiya sistemi qəzaya, davamlılığa və ən yaxşı məhsuldarlığa nail olmaq üçün sazlanması;
- Dəstəklənən tətbiqi-informasiya sisteminin, standart proqram təminatlarının aktuallığı və onun Sifarişçinin digər proqram təminatları ilə uzlaşmasının təhlili, proqram təminatlarının son versiyalarının və təklif olunan proqram dəyişikliklərinin quraşdırılmasının təmin edilməsi;
- Mütəxəssisin Sifarişçinin xidmət məntəqələri olan Bakı, Sumqayıt və Yevlax Ehtiyat Mərkəzində dəstəyin verilməsi;
- Proqram platformalarına istismar yerində dəstəklənmə xidmətinin göstərilməsi;