Biznesiniz, layihələriniz və digər bütün planlarınızda mövcud ola biləcək informasiya və Kommunikasiya Texnologiyalarına dair konsultasiyalar tərəfimizdən icra oluna bilər.
Əsas olaraq aşağıdakı sahələr üzrə məsləhət xidmətlərimiz mövcuddur:
- İdarəetmə sistemlərinin avtomatlaşdırılması
- Proqram təminatına olan tələbatin təyin edilməsi
- İKT-nin fəaliyyətinin analizi və optimallaşdırılması
- İşçilərin İKT biliklərinin təkmilləşdirilməsi
- Lokal və qlobal şəbəkələrin topologiyası
- Server və kompyuter infrastrukturunun qurulması
Texniki tapşırıqların hazırlanması
Yuxarıda sadalanan bütün sahələr üzrə istər sifirdan qurulma, istərsə də yenidənqurma işləri zamanı sizin əlinizdə Texniki Tapşırığın olması vacib şərtdir. Texniki Tapşırıq olmada bu işlərdən hansınınsa başlanması hər zaman xoşagəlməz nəticələrlə yekunlaşır və ya ümumiyyətlə yekunlaşa bilmir.
Texniki Tapşırıq cari biznes prosedurlarınızı dərk edən və İKT imkanlarını mükəmməl bilən peşəkar şəxslər tərəfindən yazılmalıdır. Əks təqdirdə tapşırıqlarla işin icrası zamanı məntiqi uzlaşmazlıqlar yarana bilər.
Peşəkar komandamızla biznesinizin bütün sahələri üçün Texniki Tapşırıqların hazırlanmasını təmin edə bilərik.

