41 Tbilisi ave., Baku, Azerbaijan

Dəvəli ASC

Dəvəli ASC Qafqazın ən böyük mərmər-qranit zavodudur. Bakının iki bölgəsində hər biri bir neçə hektar olan istehsalat və anbarları mövcuddur. Eləcə də şəhərin dörd bölgəsində satış mərkəzi və şourumları fəaliyyət göstərməkdədir. Müəssisənin bütün proses və prosedurları tərəfimizdən tam avtomatlaşdırılmışdır.

Sistemin mənbə kodları və bütün idarəetmə platformaları tərəfimizdən sıfırdan yazılmışdır. Sistem hazırlanarkən heç bir hazır platforma və modullardan istifadə edilməmişdir.

Sistemin funksionallığı aşağıdakı kimidir:

Sistemin əsas modulları:

  • Administrativ panel – Sistem administratoru üçün tam funksional idarəetmə və nəzrət imkanları yaradılmışdır
  • Satış – Hər bir satış məntəqəsi üçün satış hesabı yaradılmışdır və kassa modulu yaradılmışdır. Bütün satış məntəqələri mərkəzi anbarlarla canlı əlaqəli şəkildə fəaliyyət göstərir. Eyni zamanda hər bir satış məntəqəsinin müştəri bazası məntəqəyə əsasən formalaşır.
  • CRM – Tklif edilmiş və satış edilmiş geniş müştəri bazası müştərinin bütün məlumatlarıyla sistemdə formalaşır
  • Kassa – hər ir satış məntəqəsinin kassası tərtib edilmişdir. Hər satıcı öz heabından kassasına nəzarət və hesabat almaq mexanizmi qurulmuşdur.
  • Anbar – Şəhərin iki ayri yerində 5 hektar ərazidə yerləşən anbarlar tam avtomatlaşdırılmışdır. Məhsulların həcmi Kub, kv\m, metr olraq avtomatik konvertasiya edilir və anbarlara yerləşdirilir.
  • İstehsalat – mərmər istehsalatı tam avtomatlaşdırılmışdır.
  • Hesabatlar – Sistemin hesabatlılığı çoxfunksional və xüsusi tələblərə əsasən hazırlanmışdır. Bütün sahələrə aid hesabat formaları qurulmuşdur.
  • Sistem müştərinin daxili serverlərində qurularaq veb texnologiya ilə fəaliyyət göstərməkdədir.