“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan, İçərişəhərdə və digər bölgələrdə yerləşən muzey və qoruqlara giriş bileti sisteminin hazırlanması tərəfimizdən həyata keçirilmişdir.
Sistemin mənbə kodları və bütün idarəetmə platformaları tərəfimizdən sıfırdan yazılmışdır. Sistem hazırlanarkən heç bir hazır platforma və modullardan istifadə edilməmişdir.
Sistemin funksionallığı aşağıdakı kimidir:

Sistemin əsas modulları:
- Administrativ panel – Sistem administratoru üçün tam funksional idarəetmə və nəzrət imkanları yaradılmışdır
- Satış – Hər bir satış məntəqəsi üçün satış hesabı yaradılmışdır və məntəqələr həmin hesablardan satışı həyat keçirirlər. Satış zamanı unikal kodlaşma ilə biletin seriya nömrələri və giriş QR kod yaradılır. Bilet üzərində olan QR kod vasitəsilə məntəqələrə giriş imkanı yaradılımışdır.
- Kassa – hər ir satış məntəqəsinin kassası tərtib edilmişdir. Hər satıcı öz heabından kassasına nəzarət və hesabat almaq mexanizmi qurulmuşdur.
- Hesabatlar – Sistemin hesabatlılığı çoxfunksional və xüsusi tələblərə əsasən hazırlanmışdır. Belə ki, satışlara, tarixlərə, biletlərə və bilet növlərinə, satış məntəqələrinə və s. əsasən bir neçə hesabat modulları hazırlanmışdır.
- Sistem tərəfimizdən dəstəyi verilən cloud texnologiyası üzərindən fəaliyyət göstərməkdədir.


